“Bu bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir...” - VİDEO

“Bu bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir...” - VİDEO

“O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş…”

Bu sözləri Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin ölümünün ikinci ildönümü ilə bağlı paylaşımında bildirib.

“İki ildir qapılar sənin yoxluğunu açır, pəncərələr isə üzümə sənsizliyin soyuğunu vurur. Bəzən elə bil
yanımda oturursan - heç nə demədən, sadəcə baxırsan…

Səni mənə verən Tanrıya minnətdaram, səni məndən alan qismətə isə hələ də susuram…

Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir”, - D.Əliyeva paylaşımında bildirib.

"Cebheinfo.az"