İbrahim Çelikkol “Gaddar”ın finalından DANIŞDI

İbrahim Çelikkol “Gaddar”ın finalından DANIŞDI

Türkiyənin “Now” telekanalının ölkəmizdə də maraqla izlənilən serialı “Gaddar” final etməyə hazırlaşır.

“Cebhe.info” xəbər verir ki, layihədə ayrılan məşhur aktyor İbrahim Çelikkol da bu barədə açıqlama verib.

O, jurnalistlərin ““Gaddar” final edəcəkmi?” sualına verdiyi cavabla diqqət çəkib:

“Bununla bağlı heç bir məlumatım və fikrim yoxdur. Qərar layihə rəhbərliyinə aiddir. Mən seriala qonaq kimi daxil olmuşdum. Çox gözəl təcrübə oldu. Bu komanda və yenidən “Ay Yapım” ilə çalışmaqdan zövq aldım. Hər şey çox gözəl idi, amma “Gaddar”ın final edib-etməyəcəyini bilmirəm”.

Qeyd edək ki, İbrahim Çelikkol “Gaddar”da “Korkut Zakkum” obrazına həyat verib. Ekran işinin 20-ci bölümdə final etməsi gözlənilir.

Elmir Mustafa
“Cebhe.info”