“Kraliça Kleopatra”ya əbədi qadağa gəlir

“Kraliça Kleopatra”ya əbədi qadağa gəlir

“Netflix” istehsalı olan “Kraliça Kleopatra” sənədli filminin Misirdə nümayişinə əbədi qadağa” tələbi ilə ölkənin Baş Prokurorluğuna şikayət edilib.

Cebhe.info xəbər verir ki, bu barədə sənədə istinadən "El-Watan" məlumat yayıb.

Mayın 10-da “Netflix”-də ingilis qaradərili aktrisa Adele Ceymsin baş rolda oynadığı “Kraliça Kleopatra”nın premyerası olub. Misirdə apreldə treyleri yayımlandıqdan sonra da film kəskin tənqid edilib.

Sənəddə qeyd edildiyi kimi, sənədli filmin nümayişi bədii ideya və onun həyata keçirilməsi üsulu Misirin Qədim Əsərlər Nazirliyi və Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan baş tutub. Şikayət müəllifi, mədəniyyət nazirinin hüquq müşaviri Essam Refaatın sözlərinə görə, “Netflix” tanınmış tarixi obrazı təhrif edərək tarixi saxtakarlıq yaradıb.

Bundan əvvəl Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin baş arxeoloqu Maqdi Şaker Kraliça Kleopatranın qaradərili olmadığını bildirmişdi. Ekspertin fikrincə, Qərb sivilizasiyaya müdaxilə etməyə çalışaraq onu təhrif etməyə çalışıb.

Makedoniya Ptolemeylər sülaləsinin kraliçası Kleopatra 18 yaşında taxta çıxıb. O, iti ağlı, təhsili və ölümcül cazibəsi ilə tanınırdı.

Tarixdə Kleopatra obrazı çoxsaylı dramatik romanlar haqqında əfsanələrə bürünüb. Kleopatranın dəfn olunduğu yer bu günə qədər tapılmayıb.

Xəzər
Cebhe.info