Məşhur türkiyəli aktyor vəfat etdi

Məşhur türkiyəli aktyor vəfat etdi

Türkiyə kinosunda iz qoyan ustad aktyor Murat Soydan dünyasını dəyişib.

"Cebhe.info" xəbər verir ki, “Yeşilçam”ın ulduz aktyoru 83 yaşında həyatını itirib.

Soydanın qızı Mehveş Soydan xəbəri təsdiqləib: "Əziz atamı itirdik. Başımız sağ olsun".

Qeyd edək ki, kino sənətinə 1966-cı ildə “Silahsız qəhrəman” filmi ilə başlayan Murat Soydan 200-ə yaxın filmdə çəkilib.

O, bir müddət Aktyorlar Assosiasiyasının prezidenti olub.

Naibə
"Cebhe.info"