Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyev barəsində videoçarx nümayiş etdirilib.

Eyni zamanda Əməkdar artist Aybəniz Haşımova və "Sənət" akademiyasının üzvlərinin ifasında konsert proqramı təqdim edilib.

Cebhe.info