Deputat: “Sülməramlıların mandatının uzadılmasına qarşıyıq”

Deputat: “Sülməramlıların mandatının uzadılmasına qarşıyıq”

“Milli Cəbhə Partiyası 5 ilin tamamında Rusiya sülməramlılarının mandatının uzadılmasına qarşıdır”.

Cebhe.info xəbər verir ki, bunu MCP sədri, millət vəkili Razi Nurullayev partiyanın rayon şöbələrinin sədrləri ilə keçirilən müşavirədə bildirib.

Partiya sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum Qarabağda heç bir sülhməramlı missiyanın olmasını istəmir:

“Qarabağda xarici qüvvələr olduqca separatçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olmaqdan imtina edəcəklər. Əgər bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, o zaman imkan versinlər ki, suveren ərazimizdə Azərbaycanın qanunlarını tətbiq edə bilək. Laçın dəhlizi ilə Qərbi Azərbaycan rayonlarını Naxçıvanla birləşdirən dəhliz eynihüquqludur. Məhz buna görə də MCP Laçın-Xankəndi yolunda aksiya keçirən ictimai fəallara tövsiyə edir ki, tələblər sırasına Naxçıvana eynihüquqlu dəhliz verilməyənə qədər Laçın dəhlizinin bağlanması, Xankəndi sakinlərinin qayıdışı, erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması, separatçıların tərksilah edilməsi tələblərini də daxil etsinlər”.

Nigar
Cebhe.info