Dollarla bağlı şok PROQNOZ

Dollarla bağlı şok PROQNOZ

Türkiyədə dolların yenidən bahalaşacağı proqnozlaşdırılıb.

Cebhe.info xəbər verir ki, dolların lirəyə qarşı kəskin dəyər qazanacağı ehtimalı şok effekti yaradıb. Bunu əmlak və investisiya mütəxəssisi Mert Başaran deyib.

Onun sözlərinə görə, dollar bir gün 25 hətta 30 lirəyə qədər bahalaşacaq:

“Davamlı olaraq dolların 25 lirəyə qədər bahalaşacağı soruşulur. Bəli, dollar 25-30 lirə də olacaq.

Simit, hətta ayaqyolu qiymətləri də qalxacaq. Problem odur ki, iqtisadçılar 5 ildir ki, hər həftə dolların 25 lirə olacağını deyirlər. Əslində inflyasiyanın olduğunu nəzərə alsaq, 30 % dəyərində dolların bahalaşması normaldır.

Bir gün dollar 25-30 lirə səviyyəsinə qədər qalxacaq. Dolları olanlar pul qazanacağını düşünsə də, belə olmayacaq. Dollar bahalaşdıqca hər şeyin qiymətinin artdığını başa düşmürsünüz. Pullarınızı dollara yatıraraq, qazanc əldə edə bilməzsiniz. Mütləq şəkildə inflyasiyanı da nəzərə almalısınız”.

Ekspert vətəndaşlara tövsiyə də verib:

“Əgər heç nə bilmirsinizsə, dollar yerinə qızıl alın. Bizim millət daima “qızıl, yoxsa dollar?” deyə soruşur. Pulunuzu dollarla saxlamalısınız. Amma reallıq budur ki, dollar qalxdıqca siz qazanmayacaqsınız. Bir gün mütləq dollar 25 lirə olacaq. Yəni inflyasiyanın olduğu ölkələrdə puluzunu valyuta saxlamalı deyilsiniz”.

Elmir Mustafa
Cebhe.info