Paşinyan: ”Ermənistanla Azərbaycan ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıb”

Paşinyan: ”Ermənistanla Azərbaycan ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıb”

"Belə görünür ki, Ermənistanla Azərbaycan ilk dəfə olaraq dövlətlərarası səviyyədə sənəd imzalayıblar və bu, şübhəsiz ki, Ermənistanın real strategiyasının nəticəsidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya Erməniləri Sammitində sərhədlərin demarkasiyası komissiyalarının fəaliyyətinin reqlamentindən danışarkən deyib.

“Bizim hamımızın təcrübəmiz var, xüsusən də Tavuş bölgəsində sərhədin demarkasiyası nəticəsində bunu qazanmışıq. Hələ də bu proseslə bağlı sualı olan soydaşlarımızdan xahiş edərdim ki, Kirantsa (Günən) getsinlər, Əskiparaya getsinlər, bu kəndlərin sakinləri ilə danışsınlar.

Axırıncı dəfə orda olanda bir sual verdim ki, əziz həmvətənlər, delimitasiyadan sonra həyat necədir? Deyə bilərəm ki, onların cavabları məni çox qane edir. Bu, münasibətdə dəyişiklik olduğunu göstərir. Atmosferdə dəyişiklik olmaya bilməz, çünki sərhəd var. 

Baş verənlərə ən böyük və ən mühüm reaksiyanı Zəngəzurda Çakaten kəndinin sakinləri məndən soruşanda verdilər. Onlar dedilər ki, delimitasiya orada nə vaxt olacaq”, - Nikol Paşinyan bildirib.

Xəzər
“Cebheinfoa.az”