Razi Nurullayevdən Erkin Qədirliyə cavab: “Çox absurd fikirdir...”

Razi Nurullayevdən Erkin Qədirliyə cavab: “Çox absurd fikirdir...”

Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirlinin parlament seçkiləri ilə bağlı son açıqlaması birmənalı qarşılanmayıb. Erkin Qədirli deyib ki, onu da parlamentə xalq seçməyib.

“Özüm haqqında da demokratik yolla seçilib deputat olduğumu deyə bilmərəm. Əgər demokratik seçki olsaydı, nəsə demək olardı. Amma Azərbaycanda demokratik seçki yoxdur”-deyə, E.Qədirli belə deyib.

Erkin Qədirlinin fikirlərinə deputat həmkarı, Millii Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin fikrini öyrəndik.

Razi Nurullayev Cebhe.info-ya açıqlamasında həmkarının fikri ilə razılaşmadığını deyib:

“Erkin Qədirlinin demokratik seçkinin keçirilmədiyi və nəticədə aza qala parlamenti saxta elan etməsini yolverilməz hesab edirəm. Özünün və partiyasının da Milli Məclisdə təmsil olunduğunu nəzərə alsaq, bu, çox absurd fikirdir. Əgər o, ən azından öz seçkisinin düzgünlüyünə inanmırsa, seçicilərini necə qəbul edir, necə dinləyir?

Seçkiləri bütövlükdə şübhə altına almaq ciddi səhvdir. Seçkilər demokratik və qaydalara uyğun şəkildə keçirilib. Hansı dairələrdə problem var idi, onların da nəticələri ləğv edildi. Bütöv bir parlamenti və deputatları hədəfə gətirmək və onların fəaliyyətini şübhələndirmək yaxşı hal deyil. Deputat həmkarımın bu fikirlərini qəbul etmir və cəmiyyətimiz üçün ziyanlı sayıram.

Belə bir açıqlamanı səsləndirmək həvəsi varsa da, o da bu şəkildə və belə bir lağlağı obyekti kimi olmamalıdır. Siyasət ciddi müzakirələri və ciddi platformaları sevir. Onun müsahibə verdiyi platforma isə lağlağı obyektidir. Təəssüf edirəm”.

Vilayət Muxtar

Cebhe.info