Respublikaçı və ya demokrat namizəd: Azərbaycan üçün nə deməkdir? - Razi Nurullayevdən özəl yanaşma

Respublikaçı və ya demokrat namizəd: Azərbaycan üçün nə deməkdir? - Razi Nurullayevdən özəl yanaşma

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev özünün bloqunda ingilis dilində (blog.razinurullayev.com) "What does a Republican or Democrat win mean for Azerbaijan?"  adlı məqalə yazıb.

"Cebheinfo.az" həmin məqaləni Azərbaycan dilində dərc edir.  

"Respublikaçı və ya demokrat namizəd: Azərbaycan üçün nə deməkdir?" adlı məqalədə müəllif yazır:

"Azərbaycan 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi zamanı onun administrasiyasının nisbətən neytral və ədalətli mövqeyini nəzərə alaraq, Trampın keçmiş siyasətini əlverişli hesab edir.

Digər ABŞ administrasiyalarından fərqli olaraq, Tramp işğalçı Ermənistanı açıq müdafiə etmədi və ya onun tərəfini tutmadı. Bu da Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməsi yolunda mühüm bir maneənin aradan qalxması demək idi. 

Trampın prezidentliyi dövründə ABŞ-dəki erməni lobbisi onun administrasiyasının Qarabağ münaqişəsinə yanaşmasına ciddi təsir göstərə bilmədi. 

Trampın regiondakı münaqişələrə müdaxilə etməkdən uzaq durma siyasəti Azərbaycanın istənilən ölkənin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı ədalətli mövqeyinə uyğunluq kimi qiymətləndirilə bilər. 

İqtisadi maraqlar

Trampın enerji sövdələşmələrini tez-tez vurğulayan biznes yönümlü xarici siyasəti neft və qaz ehtiyatlarına görə Azərbaycanla münasibətlərə əhəmiyyətli təsir edir. Onun biznes yönümlü mövqeyi neft sektorunda potensial tərəfdaşlıqlar və ya investisiya imkanları təklif etməklə, yaxud Qərb şirkətlərini Azərbaycanın enerji infrastrukturuna sərmayə qoymağa təşviq etməklə enerji ilə zəngin ölkəmiz üçün fayda verə bilər.

Biz ümid edirik ki, Tramp Azərbaycanla daha güclü ticarət əlaqələrini inkişaf etdirəcək.

Geosiyasi narahatlıqlar

Azərbaycan Kamala Harrisin potensial olaraq insan haqları və demokratiyanın təşviqini ehtiva edən xarici siyasətə ənənəvi demokratik deyil, ikili standartla yanaşma sərgilədiyini görməkdə haqlıdır. Məlum olduğu kimi, insan hüquqları universaldır və maraqlara əsaslanan ölkələrə fərqli şəkildə tətbiq edilə bilməz. 

Bayden administrasiyasının mövcud yanaşmasını təmsil edən Harris bu məsələləri qərəzli şəkildə prioritetləşdirir ki, bu da Azərbaycanın daxili idarəçiliyi və siyasi sisteminə görə tənqid və ya təzyiq yarada bilər.

Xarici təzyiqlər, geosiyasi narahatlıqlar və ikili standartlar ucbatından Azərbaycanın siyasi sistemi Qərb tipli demokratiyanın təbliğindən daha çox sabitlik və suverenliyə üstünlük verir. 

Rallıqlar və şərait nəzərə alınmaqla, Harrisin regionumuza ənənəvi demokratik yanaşmanı davam etdirəcəyinə inanırıq. 

Rusiya və İran

Azərbaycanın Rusiya və İran arasında strateji mövqeyi o deməkdir ki, güclü qonşularla münasibətlərini diqqətlə idarə edir. Trampın İranla bağlı sərt mövqeyi var və İranın nüvə sazişindən çıxması bu münasibətləri daha da gərginləşdirir. Azərbaycan Trampın qələbəsini İrana bu təzyiqin davamı kimi görə bilər ki, bu da potensial olaraq İranın Zəngəzur dəhlizi ilə bağlı mənfi mövqeyini zəiflədər. 

Əksinə, Harris İrana daha diplomatik yanaşaraq regional tarazlığı Azərbaycanın xarici siyasət hesablamalarını çətinləşdirə biləcək şəkildə dəyişdirmə xətti tuta bilər. 

Buna baxmayaraq, Azərbaycan qonşu İranla ən yaxşı münasibətləri davam etdirmək üçün mümkün siyasi səylər göstərir. Lakin sonuncu Azərbaycanın İsrail dövləti ilə dostluq münasibətlərinə dözümsüzlik göstərməkdə davam edir. 

ABŞ-də erməni lobbisi

Bayden-Harris administrasiyası dövründə Azərbaycan üçün potensial narahatlıq ABŞ-dəki erməni diasporunun təsiridir. Tarixən demokratlar erməni işlərinə, o cümlədən “erməni soyqırımı”nın tanınmasına daha çox rəğbət bəsləyirlər. Azərbaycan ehtiyat edə bilər ki, Harrisin bu daxili siyasi təzyiqlərə məruz qalması potensial olaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtləri kimi məsələlərdə daha çox ermənipərəst mövqeyə gətirib çıxarsın.

Xülasə, Azərbaycan nöqteyi-nəzərindən Trampın qələbəsi daha az müdaxiləçi siyasətin davam etdirilməsi, daha çox biznes yönümlü olması və potensial olaraq Azərbaycanın strateji hədəfləri üçün faydalı sayılar. 

Digər tərəfdən, Harrisin rəhbərlik etdiyi administrasiyaya ikili standartlı demokratiya üçün təzyiqin artması və Ermənistanla daha sıx əlaqələrlə bağlı narahatlıqlar səbəbindən daha ehtiyatla baxıla bilər".

Razi Nurullayev,
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri