Astroloq: “Ukrayna bu tarixə qədər Rusiyadan..." - Sensasiyalı müsahibə
“Ukrayna ordusu sentyabrın sonuna qədər Kursk vilayətini tərk etməyə məcbur qalacaq”.
Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cümhuriyət”-ə müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik.
-Səbuhi bəy, Ukrayna ordusunun Rusiyaya daxil olması müharibənin gedişatına necə təsir göstərəcək?
-Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması ümumi mənada müharibənin gedişatına heç bir təsir göstərməyəcək. Rusiya indiyə kimi Ukraynanın 62 min kvadratmetr kilometr ərazisini işğal edib. Ukrayna isə neçə gündür Rusiyanın sadəcə min kvadratmetr kilometr ərazinisi ələ keçirə bilib. Əslində ukraynalıların Rusiyanın içlərinə doğru irəliləməsi üçün böyük ehtimal da var. Yəqin ki, rəsmi Kiyev də bunu düşünərək müharibəni Rusiyanın ərazisinə keçirmək istəyir.
-Sizin proqnozunuza əsasən Ukraynanın bu həmləsi uğurlu ola bilər?
-Ukraynanın bu cəhdi uğurlu olmayacaq. Çünki Rusiya var gücü ilə Ukrayna hərbçilərini ərazilərindən çıxara biləcək. Amma bu, tez bir zamanda baş verməyəcək. Yəqin ki, Ukrayna ordusu sentyabrın sonuna qədər Kursk vilayətini tərk etməyə məcbur qalacaq. Bunun müqabilində rusların hansı əraziləri tərk edəcəyini isə indidən proqnozlaşdırmaq çətindir.
-Ukrayna hərbçiləri Rusiya ərazisində nə qədər irəliləyə bilər?
-Ukrayna hərbçiləri Rusiya ərazisində maksimum 2000-2500 kvadratmetr kilometr ərazini ələ keçirə bilər. Rusiyanın isə son addımları onu deməyə əsas verir ki, onlar da hansısa ərazilərdən çıxa bilərlər. Məsələn, Zaparoje şəhərində ilkin yerdəyişmələr olduğuna dair məlumatlar yayılıb.
-Sizin hesablamalarınıza əsasən, Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək?
-Rusiya-Ukrayna müharibəsi ən azından noyabr ayına qədər davam edəcək. Noyabrda isə hansısa proseslər olacaq. Ondan sonra müharibə ya sürətlə dayanacaq, ya da daha dəhşətli hal alacaq. Hətta bir neçə ölkənin də müharibəyə qoşulma ehtimalı var. Nəzərə alaq ki, rəsmi “F-16” qırıcı təyyarələri hansı ölkədən havaya qalxsa, Moskva həmin aeroportu vuracağını bəyan edib. Məsələn, Polşa, Rumıniya kimi ölkələr hədəf alına oluna bilər. Bir neçə Şərqi Avropa ölkəsi Rusiyanın ətrafında birləşmə ehtimalı var.
-ABŞ indiyə kimi Ukraynaya Rusiya ərazilərini vurmağı qadağan edirdi. Hətta buna görə də onlara qısamənzilli silahlar verirdilər. İndi isə Ukrayna artıq Rusiya ərazisindədir. Son iddialara əsasən, Ukrayna Kursk vilayətindən Moskvanı vurmaq istəyəcək. Sizcə, belə bir addım atıla və ABŞ buna icazə verə bilər?
-Ukrayna Rusiyanı daxildən vura bilər. Elə Kurskda başladılan əməliyyatın da əsas məqsədi budur. Bu isə ümumi mənada ABŞ rəhbərliyinin iradəsindən asılı olacaq. Lakin tezliklə Ukraynaya Kurskdan Moskvanı vurmağa icazə verilə bilər.
Elmir Mustafa
"Cebheinfo.az"