Nadir Qafarzadə yeni həyat yoldaşından danışdı: "Bu, o demək deyil ki, mən xəyanət etmişəm"- MÜSAHİBƏ
Müğənni Nadir Qafarzadənin “Instagram” hesabındakı paylaşımı gündəmi zəbt edib.
Belə ki, müğənni paylaşımında yeni həyat yoldaşı ilə görüntülərini paylaşıb, müğənni onu qucağlayaraq öpür və “yeni həyat yoldaşım” deyir. Cəmiyyətdə müğənninin paylaşımı birmənalı qarşılanmayıb.
Nadir Qafarzadə “Cebhe.info”- ya müsahibəsində məsələyə aydınlıq gətirib. Müsahibəni təqdim edirik:
- Nadir bəy, sosial şəbəkələrdə sizin yenidən evlənməyinizlə bağlı xəbər yayılır.
- O, mənim xanımım deyil, aktrisadır. Görüntülər mənim evimdə çəkilib. Klip çəkmişik, vəssalam. Aramızda başqa heç nə yoxdur. Tənqidilərə isə heç bir cavabım yoxdur.
- Niyə klipiniz bu qədər qalmaqala səbəb oldu?
- Klipimiz hələ yayımlanmayıb. Lakin artıq bütün gündəmi zəbt edib. Mən həm müğənni, həm də artistəm. Aktyor isə maksimum səviyyədə canlı obraz canlandırmalıdır. Hesab edirəm ki, siz belə aktrisanın mənim yeni həyat yoldaşım olmasına inanıbsınızsa, demək ki, peşəkarlıq nümayiş etmişəm.
- Aktyorsunuzsa, istənilən obrazı canlandırmağa hazırsınız?
- Əgər mən aktyoramsa, istənilən obrazı canlandırıb yaşatmalıyam. Mən nəinki canlandırıram, həm də o obrazı yaşayıram və istənilən obrazda çəkilə bilərəm.
- Yeni klip həyat yoldaşınız tərəfindən qısqanclıqla qarşılanmadı ki?
-Həyat yoldaşım mənimlə evlənəndə bilirdi ki, aktyorla evlənir və aktyor da istənilən obrazı canlandıra bilər. İstər müəllim, həkim və ya fəhlə, burada heç qəbahət bir şey yoxdur. Üstəlik, bir aktyor sevgili, yenidən evlənən şəxs və ən əsası intim xarekterli obrazlarda da çəkilə bilər. Bu, o demək deyil ki, mən yoldaşıma xəyanət etmiş oluram. Bütün dünyada belə hallar var. Lakin bizdə belə obrazlar olanda təəssüf ki, tənqidlə qarşılanır.
- Tənqidləri normal qarşılaya bilirsiniz?
- Mən istənilən tənqidi normal qarşılaya bilirəm, tənqidlərə açıq biriyəm. Əlbəttə, təəssüf hissi ilə yanaşıram. Çünki mənim əməyim nəticə etibarı ilə tənqid olunur. Yaxşı olardı ki, peşəkarlığa qiymət versinlər, nəinki qeyri- peşəkar, keyfiyyətsiz sənətçilərə.
Həsən Məmmədov
“Cebhe.info”