Aynur Sabitova vəzifəsindən azad olundu

Aynur Sabitova vəzifəsindən azad olundu

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.

"Cebhe.info" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.

"Cebhe.info"