Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin NATO nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Cebhe.info" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X”də yazıb.

O bildirib ki, tərəflər Türkiyə Böyük Millət Məclisində (TBMM) bir araya gəliblər.

Görüş zamanı parlamentlərarası əlaqələr müzakirə olunub.

"Cebhe.info"