Blinken Azərbaycan və Ermənistanla danışacaq:Yaxın 24 saatda...

Blinken Azərbaycan və Ermənistanla danışacaq:Yaxın 24 saatda...

ABŞ-ın dövlət katibi Entoni Blinken bütün tərəflərlə təcili danışıqlar aparacaq.

Cebhe.info xəbər verir ki, bu barədə AFP adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Anonimlik şərti ilə danışan ABŞ rəsmisi “Yardım marşrutunun açıq olması ilə uzunmüddətli çağırışlara uyğunlaşa biləcəyimizə ümid edirdik”,-deyib.

O, dünən Laçın dəhlizi ilə yüklərin daşınmasında müəyyən irəliləyiş gördüklərini bildirib.

Onun sözlərinə görə, Blinken yaxın 24 saat ərzində Ermənistan və Azərbaycan arasında gərginliyə dair artıq gedən diplomatik müzakirələrdə iştirak edəcək.

Xəzər

Cebhe.info