BMT Qarabağla bağlı iclas keçirəcək: TARİX

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
Cebhe.info xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə məlumat verib.
"İclas cümə axşamı baş tutmalıdır",-deyə agentliyin həmsöhbəti bildirib. Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.
Bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbərləri iclasda iştirak edə bilər.
Xəzər
Cebhe.info