Çavuşoğlu Budapeştdə Azərbaycandan DANIŞDI

Çavuşoğlu Budapeştdə Azərbaycandan DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstana səfəri zamanı Azərbaycanla bağlı diqqətçəkən fikirlər səsləndirib.

O, Budapeştdə keçirilən Antalya Diplomatiya Forumu və Macarıstan Xarici Əlaqələr və Xarici Ticarət İnstitutunun birgə təşkil etdiyi tədbirdə çıxış edib.

"Qarabağdakı olaylar dondurulmuş konfliktlərin mövcudluğunu nümayiş etdirdi. Lakin Cənubi Qafqazda əməkdaşlıq imkanları qalır. Türkiyə Azərbaycan, Gürcüstan və İranla əməkdaşlıq edir. Gələcəkdə Ermənistan da qoşula bilər", - deyə XİN başçısı söyləyib.

Çavuşoğlu Azərbaycandan Macarıstana qaz nəqlindən də danışıb: "İlham Əliyev dünən Budapeştdə idi. Azərbaycan və Macarıstan arasında enerji üzrə əməkdaşlıq haqqında anlaşma çox yaxşıdır".

Cebhe.info