Ceyhun Bayramov: TDT dünyanın diqqətini çəkir

Ceyhun Bayramov: TDT dünyanın diqqətini çəkir

Türkiyənin dünya diplomatiyasındakı yeri bütün Türk dünyası üçün qürur mənbəyidir.

“Report” xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı” adlı paneldə çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, iki həftə əvvəl Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri tarixi hadisədir:

“Çünki seçkilər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazidə keçirilib. Azərbaycan Prezidenti andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) ailəmiz olduğunu bildirdi”.

C.Bayramov qeyd edib ki, TDT bu gün bütün dünyanın diqqətini çəkir:

"Bu, bizim üçün qürur mənbəyidir".

"Cebhe.info"