Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq vurğulanıb.

"Cebhe.info"