Deputatlığa ən gənc və ən yaşlı namizədlər

Deputatlığa ən gənc və ən yaşlı namizədlər

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. 

Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

Modern.az-ın məlumatına görə, artıq deputatlığa namizədlər arasında ən gənc və ən yaşlısı müəyyənləşib.

Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var. Gənc namizəd 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.

Ən yaşlı namizəd isə 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. 86 yaşlı namizəd  38 saylı Gəncə birinci seçki dairəsində rəqibləri ilə yarışacaq. 

"Cebheinfo.az"