Ermənistan Azərbaycana təklif göndərib

“Ermənistan Azərbaycana dəmir yolu ilə yükdaşıma probleminin həlli ilə bağlı təklif təqdim edib”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş nazirinin ofisindən verilən açıqlamada belə deyilir:
“2025-ci ilin yanvarında Ermənistan Respublikası Azərbaycanın qərb rayonlarından Ermənistan Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına, əks istiqamətdə və üçüncü ölkələrə, Ermənistan Respublikasının şimal-qərb rayonlarından Azərbaycan ərazisindən keçməklə Ermənistan Respublikasının cənub hissəsinə, əks istiqamətdə və üçüncü ölkələrə dəmir yolu yüklərinin daşınması probleminin həlli ilə bağlı Azərbaycan Respublikasına yazılı təklif təqdim edib”.
Ermənistan hökumətindən onu da bildiriblər ki, silahlanmaya qarşılıqlı nəzarətin ikitərəfli mexanizminin yaradılması da göndərilən təkliflər arasındadır.
“Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”,-deyə məlumatda qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”