Məşhur astroloqdan şok proqnoz: Paşinyan Bakıya gələcək?

Məşhur astroloqdan şok proqnoz: Paşinyan Bakıya gələcək?

“Ermənistan noyabr ayında Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak edəcək”.

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun proqnozuna əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya gəlməyəcək:

“Ermənistan dövlət kimi COP29-da təmsil olunacaq. Buna baxmayaraq, Baş nazir Nikol Paşinyan ölkəmizə gəlməyəcək. Mən onun astroloji xəritəsinə baxmışam və hesablamalar aparmışam. Yəni 2024-cü ildə Paşinyan Azərbaycana gəlməyəcək.

Xarici işlər naziri Ararat Mirzoyan, parlamentin sədri Alen Simonyan və ya başqa biri paytaxtımıza gələ bilər. Amma konkret olaraq COP29 konfransında iştirak etmək üçün Ermənistandan ölkəmizə heyət gələcək”.

Astroloq qeyd edib ki, Ermənistan daxilində Paşinyana qarşı etirazlar nəticəsiz yekunlaşacaq:

“Nikol Paşinyan bu ilin sonuna qədər hakimiyyətdə qalacaq. Yəni heç bir etiraz aksiyası və ya başqa addımla onu devirmək mümkün olmayacaq.
Ümumiyyətlə, Paşinyana qarşı həmişə etirazlar ola bilər. Lakin onlar nəticəsiz yekunlaşacaq.

İndiyə kimi Paşinyanın qarşısına çıxan ən güclü rəqib keşiş Baqrat Qalstanyan idi, amma o da zərərsizləşdirildi. Artıq keşişin tərəfdaşları da azalıb. Ona görə də yenidən aksiyalara başlamaq belə effekt verməyəcək”.

Səbuhi Rəhimli sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı isə bunları deyib:

“2024-cü ildə Azərbaycanla Ermənistan arasında hər hansısa sülh müqaviləsi imzalanmayacaq. Lakin 2025-ci ildə Zəngəzur dəhlizindən kommunikasiya xətti kimi istifadə edəcəyik”.

Elmir Mustafa
“Cebheinfo.az”