Naxçıvanda yüksək vəzifəyə təyinat

Naxçıvanda yüksək vəzifəyə təyinat

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə sözügedən vəzifəyə Vəli Adəm oğlu Səfərov təyinat alıb.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

"Cebhe.info"