Qarabağdakı seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk
Azərbaycanda seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə fikir veririk.
Çünki ölkədəki proseslər bütün dünyanın diqqətindədir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu seçkilərdə ən parlaq nümunə kimi ötən prezident seçkilərini qeyd etmək mümkündür: "İşğaldan azad edilmiş ərazilərə də fikir veririk. Çünki bu da ilk parlament seçkiləridir ki, suveren Azərbaycanın bütün ərazilərində keçirilir".
“Azad olunmuş ərazilərdəki seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk”,-deyə MSK sədri əlavə edib.
"Cebheinfo.az"