Qarabağdan gedən ermənilər Ermənistanı da kütləvi tərk edir-DEPUTAT
Ermənistan hökuməti Qarabağdan gedən ermənilər üçün müxtəlif yardım proqramları elan etsə də, onlar tam olaraq mövcud deyil.
“Cebhe.info” xəbər verir ki, bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
O, xüsusilə qeyd etdi:
“Müxtəlif səbəblərdən Qarabağdan gələn ermənilərin bəzi qrupları bu proqramlardan yararlana bilmir və pasportlarla bağlı məsələləri həll etmək üçün çətin avantüralardan keçməli olurlar.
Qeyd edək ki, əvvəl də bununla bağlı daimi problemlər var idi - pasportların özündən başlayaraq növbə probleminə qədər bu problemər vardı. Ancaq soydaşlarımızın Ermənistana kütləvi gəlişindən sonra hər kəs üçün ağır sınaq oldu.
Qarabağdan gələnlərin ən böyük problemlərindən biri də iş məsələsidir. İnsanlar dövlətə arxalanmaqda davam etmək istəmirlər və onlara işləmək imkanı verilməlidir.
Problemlərdən biri də vətəndaşlıqla bağlı məsələdir ki, ərizə verəndən sonra belə uzun müddət davam edir. Bu, dövlət sektoruna aiddir”.
O vurğulayıb ki, obyektivlik baxımdan çətin nizamlanma məsələləri var, lakin bir çox problemləri qısa müddətdə həll etmək olar:
“Ancaq bunun üçün hakimiyyətə onlarda olmayan siyasi iradə lazımdır. Bu gün Qarabağdan gələn bir çox erməni Ermənistanı tərk etməyə sövq edən çoxlu sayda problemlər var ki, bunun qarşısı bütün vasitələrlə alınmalıdır. Bunun üçün isə insanlara iş və ən azı minimum yaşayış şəraiti lazımdır”.
Xəzər
“Cebhe.info”