Sülhməramlıların maşın karvanı Laçın yolundan sərbəst keçiblər

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 46-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Bu dəqiqələrdə sülhməramlılara məxsus 11 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Cebhe.info