Türk Dövlətləri Təşkilatının üzvləri Nyu-Yorkda toplandı

Türk Dövlətləri Təşkilatının üzvləri Nyu-Yorkda toplandı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkdakı Türk Evində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə iştirak edib.

Cebhe.info xəbər verir ki, təşkilata üzv olan ölkələrin XİN rəhbərləri regional məsələləri, o cümlədən Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, XİN rəhbələrinin görüşündə “Azərbaycanın antiterror əməliyyatı”nı və Türk Dövlətləri Təşkilatının qarşıdan gələn Zirvə toplantısına hazırlığı ilə bağlı məsələləri əsas müzakirə mövzusu olub.

Görüşdə təşkilatın BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri, eləcə də institusional strukturunun gücləndirilməsi də kimi məsələlərə də diqqət yetirilib.

Qeyd edəki, Türkiyənin XİN rəhbəri Hakan Fidan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edir və bu sessiya zamanı həmkarları ilə qlobal problemlərin həllinə yönələn çoxsaylı və ikitərəfli görüşlər keçirib.

Yunis Abdullayev
Cebhe.info