Cahit Bağcı: "Münasibətlərimizi əbədi yaşatmaq birinci vəzifəmizdir"

Cahit Bağcı: "Münasibətlərimizi əbədi yaşatmaq birinci vəzifəmizdir"

Bu gün Türkiyə və Azərbaycan arasında ürəklərimizə hopmuş “Bir dövlət, iki millət” anlayışını müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümüdür.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "X" sosial şəbəkəsində paylaşımında bildirib.

“Gücümüzün birliyimizdə olduğuna olan inancla münasibətlərimizi və əməkdaşlığımızı hər sahədə inkişaf etdirərək gücləndirmək və sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir. Mübarək olsun!”, - deyə Türkiyə səfiri vurğulayıb.

"Cebhe.info"