Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib.
"Cebheinfo.az" xəbər verir ki, o bu barədə özünün rəsmi "X" sosial media hesabında paylaşım edib.
"Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq", - paylaşımda qeyd olunub.
"Cebheinfo.az"