65 yaşlı Əməkdar müəllim vəzifəsini itirdi
Bakı şəhərində yerləşən 236 nömrəli məktəbin direktoru vəzifədən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, 65 yaşlı məktəb direktoru Xanlar İmaməliyevin çalışmanın yaş həddinə çatması ilə əlaqədar fəaliyyətinə son verilib.
Məlumatı saytımıza Bakı Şəhər Təhsil İdarəsindən təsdiqləyiblər.
Bildirilib ki, direktorun fəaliyyəti qiymələndirilib, tədris ilinin nəticələri təhlil edilib və çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib. “Hazırda məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilib. Məktəbin səmərəli fəaliyyətinin təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir”, - açıqlamada deyilir.
1959-cu il təvəllüdlü sabiq məktəb direktoru Əməkdar müəllimdir.
"Cebheinfo.az"