95 nəfər əvvəlki işinə bərpa edilib

95 nəfər əvvəlki işinə bərpa edilib

Bu il əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmət 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Cebhe.info