Altı rayonda ağaclar qanunsuz kəsilib: Təbiətə 110 mindən çox ziyan dəyib

Altı rayonda ağaclar qanunsuz kəsilib: Təbiətə 110 mindən çox ziyan dəyib

Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82 ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov, Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz kəsildiyi məlum olub. Nəticədə təbiətə 114 650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

"Cebhe.info"