Aytən Səfərova təsdiqlədi: Qayıdır...

Aytən Səfərova təsdiqlədi: Qayıdır...

Aprel ayında avtomobil qəzası keçirdiyi üçün “Xəzər” televiziyasında aparıcısı olduğu verilişindən ayrılan Aytən Səfərova yenidən efirə qayıdır.

"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, məlumatı özü təsdiqləyib.

Aparıcı bildirib ki, yeni mövsümdən etibarən “Xəbər ertəsi” proqramına qayıdır:

“Bəlli məsələlərə görə bir müddətlik aparıcısı olduğum verilişdən ayrılmaq məcburiyyətində qaldım. Heç kim məni işdən çıxartmayıb. Mən fəaliyyətimi “Xəzər” televiziyasında davam edirəm. Yeni mövsümdən də etibarən “Xəbər ertəsi” verilişində aparıcılığımı davam edəcəyəm”.

Xatırladaq ki, A.Səfərovanın yenidən Xəzər TV-də efirə qayıdışı barədə ilk olaraq yenisabah.az məlumat yayıb. 

"Cebheinfo.az"