Qarabağda tikinti işlərinə yönəldilən vəsait 2 milyardan çox artıb - SİYAHI

Qarabağda tikinti işlərinə yönəldilən vəsait 2 milyardan çox artıb - SİYAHI

2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.

"Cebhe.info"nun Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 mlrd. 502.3 mln. manat), Kəlbəcər ( 874.2 mln. manat) və Füzuli ( 657.6 mln. manat) rayonlarına ayrılıb.

Azad edilmiş ərazilər 2022-ci il min. manat 2023-cü il min. manat
Laçın 278751,9 1502394,3
Kəlbəcər 402411,3 874208,2
Füzuli 543061,3 657618,5
Şuşa 699785,8 614563,6
Zəngilan 715652,6 587663,9
Ağdam 309164 545977,2
Cəbrayıl 596027,9 506016,1
Xocalı 147,8 303982,1
Qubadlı 170838,7 279382,8
Xocavənd 171930,1 112319,1
Xankəndi   31,5

"Cebhe.info"