Azərbaycana qrip peyvəndi gətirildi: “Yaxın günlərdə...” - ÖZƏL

Azərbaycana qrip peyvəndi gətirildi: “Yaxın günlərdə...” - ÖZƏL

Son günlərdə dünya ölkələrində, eləcə də Azərbaycanda qrip infeksiyasına yoluxma kəskin artıb.

Qripin simptomları kəskin şəkildə görünür: xəstə qəfil özünü pis hiss edir və hətta özünü pis hiss etdiyi saatı belə xatırlaya bilər. Ardıca yüksək hərarət, şiddətli zəiflik, əzələ ağrısı başlayır.

Qripin ağır gedişi təhlükəli patogenlə ilk dəfə qarşılaşan iki yaşa qədər uşaqlar üçün də xarakterikdir. Qripi təkcə COVID-dən deyil, həm də bakterial infeksiyalardan - göy öskürək və parapertussisdən ayırmaq üçün onların mütləq tibbi nəzarətə ehtiyacı var. Bu il bu xəstəliklər də uşaq qruplarında fəal şəkildə özünü göstərir. Hər bir infeksiyanın xüsusi müalicəsi var. Amma apteklərdə bütün lazımlı dərmanlar, o cümlədən qrip üçün ən effektiv hesab edilən oseltamivir əsasında dərmanlar var.

Mütəxəssislər bildirilər ki, profilaktik tədbirlər hələ də eynidir - həkimlər yenə də izdihamlı yerlərdə maska tövsiyə edir. Qrip peyvəndi etdirmək mümkündür, bu, peyvədin dörd növ var. Hamilə qadınlar üçün ayrı peyvənd var. İmmun sistemi ən azı iki həftə bu xəstəliklə “döyüşəcək”.

Maraqlıdır ki, xəstəliyin son zamanlar çox müşahidə olunduğu ölkəmizə qrip peyvəndi gətirilibmi?

Səhiyyə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, ölkəyə qrip peyvəndi artıq gətirilib:

"Hazırda qrip peyvəndi ölkəyə gətirilib. Yaxın günlərdə tibb müəssisələrinə paylanılması nəzərdə tutulur".

Peyvəndin pulsuz olub-olmayacağı isə sonrakı mərhələdə müvafiq qurumlar tərəfindən müəyyən olunacaq.

Naibə
Cebhe.info