Eşqi Bağırov: “Bağçaların qida rasionunda dəyişiklik ediləcək”

Eşqi Bağırov: “Bağçaların qida rasionunda dəyişiklik ediləcək”

"Bağçalarda uşaqların qida rasionu ilə bağlı mövcud standartlara dəyişikliklərin edilməsi nəzərdə tutulur". 

Cebhe.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O qeyd edib ki, hazırda bağçalarda qidalanma qanunvericilikdə nəzərdə tutulan standart və normalar əsasında həyata keçirilir:

"İsti yeməklərin verilməsi ilə bağlı pilot layihənin məqsədi odur ki, uşaqlara lazımi miqdarda yeməyin vaxtında, isti və menyuya uyğun verilməsini təmin edək.

Nazirlik səhiyyə qurumları və qida təhlükəsizliyinə məsul olan orqanlarla əməkdaşlıq edir. Standartlarda mövcud yeni yanaşmaların, yeni tədqiqat nəticələrinin məhsullarını nəzərdə tutacağıq.

Ümid edirəm ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq". 

Nigar 
Cebhe.info