Gələn il tikiləcək məktəblərin sayı açıqlandı

Gələn il tikiləcək məktəblərin sayı açıqlandı

"Hazırda 2024 - cü il üçün fəaliyyət planı ilə məşğuluq".

Cebhe.info xəbər verir ki, bunu Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

O bildirib ki, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə yüzlərlə məktəb tikilib və təmir olunub: 

"2023-cü ildə 50-yə yaxın məktəb tikilib. Növbəti il üçün ən ciddi ehtiyac olan 50 məktəbin tikintisi aparılacaq. İşğaldan azad edilmiş ərazilərdə bir neçə məktəb tikilib".

Nigar
Cebhe.info