Koreyada təqaüd proqramına qeydiyyat başlanır

Koreya Respublikası 2024-2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Elm və Təhsil Nazirliyindən Cebhe.info-ya bildirilib ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Proqramda iştirak üçün sənədlər 6 oktyabr 2023-cü il tarixinədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır. Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərlər.
Nigar
Cebhe.info