Məktəblərdə 5 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq.
Bu barədə "Cebheinfo.az"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025 tədris ili üzrə qış tətili başlayacaq.
Tətildən sonra ilk dərs günü 1 fevral tarixində olacaq.
Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.
"Cebheinfo.az"