Nazir Qarabağ Universitetindən danışdı

Nazir Qarabağ Universitetindən danışdı

"Prezidentin sərəncamı ilə yaradılan Qarabağ Universiteti bu təhsil və elm işçilərinə böyük imkandır. Qarabağ universiteti 1969-cu ildən fəaliyyətə başlayıb və yeni universitet də həmin ənənəni davam etdirəcək" .

Cebhe.info xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayevin mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib. 

O bildirib ki, həmin ali təhsil müəssisəsində 800 min nəfər tələbəni yeni tədris ilindən təhsil almasını planlaşdırırıq:

“Ümumilikdə 2-3 min tələbə təhsil ala bilər. Model olaraq 30-40 akademik heyət çalışacaq. İlkin mərhələdə müəllimlər yaxın ərazidə yaşayacaq. Proqramlar intensiv modullar əsasında olacaq. Növbəti qəbul planında qəbul planlaşdırılır. SABAH qruplarının da Qarabağ Universitetində təhsili planlaşdırılır. Digər universitetlərlə ikili təhsil də planlaşdırırıq".

Nigar 
Cebhe.info