Nazirdən yüksək vəzifəyə təyinat - FOTO

Nazirdən yüksək vəzifəyə təyinat - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə  müdir təyin edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. 

O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. 

2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

"Cebhe.info"