Ötən ay Azərbaycan qeyri-neft məhsulu ixracından 200 mln. dollardan çox gəlir əldə edib

Ötən ay Azərbaycan qeyri-neft məhsulu ixracından 200 mln. dollardan çox gəlir əldə edib

2023-cü ilin avqust ayında Azərbaycanın qeyri-neft ixracı 203 milyon 543 min dollar təşkil edib.

Bu barədə Cebhe.info-ya Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir.

Qeyd edək ki, cari ilin avqust ayında Azərbaycan Rusiyaya 79 milyon 539 min dollar, Türkiyəyə 31 milyon 343 min dollar, Gürcüstana isə 20 milyon 379 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Cebhe.info