Quş qripi xəstəliyinə qarşı keçirilən monitorinqlərin nəticələri açıqlan
Quş qripi xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Monitorinqlər çərçivəsində riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında müşahidələr aparılıb.
Vəhşi quşlara klinik baxış keçirilib, laborator müayinələr üçün müxtəlif növ quşlardan nümunələr götürülüb.Eyni zamanda, quşçuluq müəssisələrində, quş kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb olunub.
Bundan əlavə, təbiət ərazilərinə, quşçuluq obyektlərinə, bazarlar, zooparklar, parklar və dekorativ quş saxlanılan yerlərə ümumi baxış keçirilib, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər aparılıb.
Laborator müayinələrin və müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli hallar aşkarlanmayıb.
Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və hər hansı yoluxmaya şübhəli hal müəyyən edilməyib.
Gülər
"Cebheinfo.az"

