“Sağlam ailə modelinin təşviqi” layihəsinin icrası davam edir

“Sağlam ailə modelinin təşviqi” layihəsinin icrası davam edir

“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində növbəti seminar keçirilib. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin qəsəbə icra nümayəndəliyinin məsul işçisi İlham Şahgəldiyev və qəsəbə sakinləri iştirak ediblər. Layihə rəhbəri layihənin məqsədləri, nəzərdə tutulmuş fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. haqqında geniş məlumat verib. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilib. Təqdimatdan sonra qəsəbə sakinləri müzakirələrə qoşulmuş, ailə dəyərləri barədə fikirlərini səsləndiriblər. Seminarın sonunda nümayəndəliyin məsul işçisi İ. Şahgəldiyev gənclərə öz tövsiyyələrini çatdırıb.

Çay fasiləsi zamanı da müzakirələr davam etdirilib.

"Cebheinfo.az"