Ülkər Səttarova təhsil ekspertlərini sərt tənqid etdi

Ülkər Səttarova təhsil ekspertlərini sərt tənqid etdi

"Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.

Cebhe.info xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O qeyd edib ki, bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər:

“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi və ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq. Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır. Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.

Nigar
Cebhe.info