Ana 16 yaşlı qızını evdən qovub?-Dövlət Komitəsindən araşdırma ilə bağlı açıqlama
Lökbatanda 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anası evdən qovduğna dair xəbər yayılıb.
Bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Facebook" hesabında paylaşımında bildirib ki, uşaq müxtəlif ünvanlarda gecələməli olur:
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyi. Uşağın ailəsi ilə görüşüb vəziyyəti qiymətləndirilməsinə ehtiyac var".
Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qızın təhsil aldığı kursla əlaqə saxlanılıb:
"Valideynləri ilə də söhbət apardıq, onlar məlumatı təkzib etdilər. Ana qeyd etdi ki, qız həmin gün rəfiqəsigildə qalıb. Anası ilə qızın arasında kiçik anlaşılmazlıq olub, görünür, qızın qrup yoldaşları da bunu doğru başa düşməyib deyə belə bir informasiya yayılıb. Qız anasının yanındadır, dərsinə davam edir. Hazırda da kursdadır. Məsələ nəzarətimizdədir".
Ləman İsmayıl
"Cebhe.info"