Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Bağırova Aygün Sirac qızının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"