Fizika üzrə Nobel qalibləri açıqlandı
Bu gün 2024-cü il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, mükafata amerikalı alim Con Hopfild və britaniyalı alim Ceffrii Hinton layiq görülüb.
Onlar mükafata süni neyron şəbəkələrində maşın öyrənilməsini təmin edən kəşflər və ixtiralara görə qazanıblar.
Yaxın günlərdə Nobel mükafatlarının digər laureatları da açıqlanacaq.
Naibə
"Cebheinfo.az"