Yazda xroniki xəstəliklərə nəzarət - HƏKİM MƏSLƏHƏTİ

Yazda xroniki xəstəliklərə nəzarət - HƏKİM MƏSLƏHƏTİ

"İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Xüsusilə yaz-yay aylarında xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. Məhz yaz fəslində bədənin oyaması baş verir".

Bunu "Cebhe.info"-ya açıqlamasında tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu dönəmdə xroniki xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalıdır:

"Bütün canlı təbiət oyanır, insan orqanizmində dəyişikliklər gedir. Nəticədə də bəzi xoroniki xəstəliklərin (mədə-bağırsaq, onikibarmaq, allergiya və.s) fəallaşması müşahidə edilir. Fəsil dəyişməsi zamanı xroniki xəstəliyi olan insanlar mütləq həkimi ilə məsləhətləşməli, əvvəldən profilaktik tədbirlər görməlidir.

Bununla bağlı xeyli profilaktik məsləhətlər var ki, buna əməl etmək, həmin dövrdə xəstəliyin kəskinləşməsindən yayınmaq, ən azı yüngül keçirməsinə nail olmaq lazımdır. Bu cür havalarda xüsusilə diqqətli olmaq vacibdir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün özləri özlərinin həkimi olmalıdır, önləyici tədbirlər görməlidir".

Naibə
"Cebhe.info"