30 gün sonra: Ukrayna ilə bağlı qərar açıqlanacaq

30 gün sonra: Ukrayna ilə bağlı qərar açıqlanacaq

ABŞ Ukrayna ilə bağlı strategiya hazırlayıb. Pentaqon sənəd üzərində işləyib, layihənin yekun variantı iyunun əvvəlində təqdim olunacaq.

“Cebhe.info” bu barədə “CBS News”-a istinadən xəbər verir.

Media Pentaqonun rəhbəri Lloyd Ostinə istinadən xəbər verir ki, o, bu strategiyanın Kiyevə dəstək haqqında qəbul edilmiş qanun layihəsinin bir hissəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə Prezidenti Co Baydenin aprelin 24-də imzaladığı Ukraynaya yeni maliyyə yardımının ayrılmasına dair sənədin qəbul edildiyi gündən Pentaqonun 45 günü var.

Ostin qeyd edib ki, ABŞ-nin məqsədi Ukraynanı “özünü təcavüzdən qoruya bilən demokratik, müstəqil, suveren dövlət” etməkdir. Pentaqon rəhbəri strategiyanın konkret hansı tədbirləri ehtiva edəcəyini açıqlamayıb. Yalnız elan olunub ki, sənəd bir anda bir neçə il üçün hazırlanacaq və Ukrayna üçün konkret məqsədləri göstərəcək, həmçinin onlara nail olmaq üçün ölkəyə nə qədər vəsait lazım olduğunu hesablayacaq.

Xatırladaq ki, aprelin 24-də ABŞ Senatı Kiyevə 61 milyard dolların ayrılmasını təsdiqləyib. Co Bayden həmin gün qanun layihəsini imzaladı.

Xəzər
“Cebhe.info”